İstanbuldakı tarixi Qalata qülləsi Azərbaycanın üçrəngli Dövlət Bayrağı və Xarıbülbül rəsmləri ilə işıqlandırılıb. Təşəbbüs Azərbaycanın Zəfər Gününün ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub.
“İki sahil” xəbər verir ki, ərazidə olan yerli əhali və turistlərin diqqətini çəkən lazer işıqlandırması bir neçə dəfə təkrarlanıb.
Xatırladaq ki, noyabrın 8-i və 9-u dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində də Azərbaycan Bayrağının rəngləri həkk olunub.
İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib