9 Noyabr 2023-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatınn birgə təşkilatçılığı ilə "9 NOYABR BAYRAQ GÜNÜ"nə həsr olunmuş tədbir keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev çxış edərək bildirib ki, Dövlət Bayrağı Günü hər bir vətəndaş üçün qürurverici an, şərəfli tarix və əlamətdar hadisədir. Milliliyimizin və kimliyimizin simvolu sayılan, müstəqilliyimizin və azadlığımızın rəmzi olan üçrəngli bayrağımız hər birimizə doğma və əzizdir.
Sonra gənclərin iştirakı ilə bayraq yürüyüşü olub.
Qeyd edək ki, Şərur rayon Şəhidlər xiyabanında sona çatan yürüyüşdə 100-ə yaxın gənc iştirak edib. Sonra şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrundu gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri qoyulub.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib