“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, 2023-cü il noyabrın 13-də YAP Sumqayıt şəhər təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Sumqayıt Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Sonra keçirilən dəyirmi masada Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.
BƏƏ səfiri Azərbaycanla strateji tərəfdaşlıqdan və Qarabağdakı investisiya imkanlarından danışıb
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA