28 mart 2018 00:47
1579

Dünyanın ən uzun canlısı zəhərli imiş

55 metr uzunluğu olan və dünyanın ən uzun heyvanı olaraq tanınan “Lineus longissimus” soxulcanının zəhərli olduğu məlum olub.

“Ölkə.Az” xəbər verir ki, tədqiqat isveçli alimlər tərəfindən aparılıb.

Alimlər qeyd ediblər ki, zəhər insanlara heç bir təhlükə yaratmır.

Bu tip soxulcanlar İsveçin qərb sahilindəki soyuq sularda yaşayırlar.

Tədqiqatı aparan alim Göransson deyib: “Lineus longissimus” soxulcanlarının ifraz etdiyi zəhər qabıqlı böcək və qabıqlı heyvanlara çox təsir edir və sinir sistemlərini iflic edir. Soxulcanın bu zəhəri müdafiə yoxsa ov məqsədi ilə ifraz etdiyini hələ bilmirik”.