13 noyabr 2023 13:24
242

Prezident: Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.