Rusiyadan qaçaraq Ermənistana sığınan müğənni geri qayıtmağa qərar verib.
“İki sahil” xəbər verir ki, Rusiyanı tərk edərək pasportunu yandıran müğənni Şarlot (əsl adı Eduard Şarlot) Rusiya Federasiyasına qayıtmaq qərarına gəlib. Müğənni İnstagram səhifəsində geri dönüş bileti üçün izləyicilərindən pul istəyib.
"Mən Rusiyaya qayıdıram. Evimə, doğma ölkəmə gedirəm. Mənə bilet üçün az miqdarda pul lazımdır", deyə rusiyalı müğənni yazıb.
Onun paylaşımına şərh bildirənlərin əksəriyyət sənətçini Rusiyada görməkdən məmnun olmayacaqlarını yazıb.
“Xahiş edirəm geri qayıtma, sənsiz ölkə həqiqətən də yaxşılaşıb”, “Niyə biletə pul atmalıyıq? Piyada gedin”, - deyə musiqiçinin abunəçiləri bildirib.
Qeyd edək ki, bu ilin iyun ayında Edvard Şarlotun pasportunu yandırdığına dair görüntüləri yayımlayıb. Sənətçi bildirib ki, o, artıq özünü Rusiya vətəndaşı hesab etmir və Kiyevə gedəcək.