Hərbi qulluqçularımız Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.
Bu barədə “İki sahil"ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib
Türkiyənin HAVELSAN şirkəti Ankara və Bakının müdafiə sahəsində əməkdaşlığına töhfə verir