Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.
Azərbaycanın Pakistandakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə bir sıra xarici dövlətlərin Pakistandakı səfirlikləri və yerli şirkətlər iştirak ediblər.
Səfirliyin stendində Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən Azərbaycan tarixini və mədəniyyətini təcəssüm etdirən suvenirlər nümayiş etdirilib.
Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın xarici işlər naziri Cəlil Abbas Gilani və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, Azərbaycanın milli mətbəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar.
Xeyriyyə bazarında Azərbaycan səfirliyinin stendindən əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır