21 noyabr 2023 10:11
381

Prezident İlham Əliyev: Fransa separatçıları dəstəkləyərək Cənubi Qafqazda gərginlik yaratmağa çalışıb

"Fransa separatçı meyilləri və separatçıları dəstəkləyərək bizim regionda - Cənubi Qafqazda da gərginlik yaratmağa çalışıb".

“İki sahil” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Fransa Ermənistandakı revanşist qüvvələri ruhlandıraraq regionda yeni müharibə şəraiti yaratmağa cəhd göstərib",- dövlət başçısının müraciətdə bildirilib.