Hazırda qadınlar zorakılığa məruz qalır və gender bərabərsizliyi var.
“İki sahil” xəbər verir ki, bunu Martinikanın azadlığı partiyasının nümayəndəsi Lyuk Karole "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Çox təəssüf ki, bu hallar davam etdirilir. Lakin biz çalışırıq ki, bu hallar aradan qaldırılsın. Hər bir yerdə qadın və kişi arasında bərabərliyi təmin etməyə çalışırıq.
Fransa hökuməti qadınlara imtiyazlarından istifadə etməyə imkan vermirdi. Bu konfrans vasitəsilə baş verənləri səsləndirib çıxış yolu tapılacağını ümid edirik”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO