Quldarlığa son qoyulduqdan sonra qadınlar yoxsulluğa düçar oldu.
“İki sahil” xəbər verir ki, bunu Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Sindi Adela Pollux "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Qadınların gəlirləri onlara yetmir. Dövlətin verdiyi dəstək qadınlara ayaqda qalmağa imkan vermir. Onların vəziyyəti heç də yaxşı deyil. Qadınların səlahiyyətləndirilməməsi inkişafın qarşısında duranda əngəllərdən biridir.
Qadınlar dekolonizasiyada mühüm rol oynaya bilər. Bu səbəbdən onların səlahiyyətləndirilməsi vacibdir. Bizim fikrimizcə, ölkənin inkişafı ləngiyirsə, bunun səbəbi Fransa müstəmləkəsidir. Azərbaycana təşəkkür edirik ki, Qoşulmama Hərəkatına çox gözəl sədrlik edir. Biz başqa ölkələrdən də kömək istəyirik”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO