21 noyabr 2023 12:24
219

Neokolonizm hələ də qalmaqdadır - Fransa Gənc Kanak Hərəkatının sədri

Fransanın müstəmləkəçilik siyasəti onların intibah dövrü mədəniyyəti ilə həmahəng deyil.

“İki sahil” xəbər verir ki, bunu Fransa Gənc Kanak Hərəkatının sədri Daniel Wea "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, neokolonizm hələ də qalmaqdadır.

"Dekolonizm qadınlara azadlıq verilməsini tələb edir. Qadınlara təhsil verilməlidir. Onlar bir nəslin tərbiyəçisidir",- deyə əlavə edib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.