21 noyabr 2023 13:53
260

Qırğız deputat: Azərbaycanın nüfuzu günü-gündən artır

"Azərbaycanın nüfuzu günü-gündən artmaqdadır".

“İki sahil” xəbər verir ki, bunu Qırğız Respublikası Joqorku Keneşinin üzvü Dastanbek Cumbayev Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2023-ci il türk dövlətləri üçün çox böyük bir il olub: "Öz xalqına və vətəninə xidmət edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın rifahının bünövrəsinin təşkilinə xüsusi önəm verib. Azərbaycanın nüfuzu günü-gündən artmaqdadır. Bunun təməlində isə 1990-cı Heydər Əliyevin hakimiyyətə gəlməsi dayanır. Onun mükəmməl liderliyi, uzaqgörənliyi güclü dövlət strukturlarının yaranmasına gətirib çıxardı. Onun diqqəti sayəsində iqtisadi baxımdan bir çox layihə birbaşa həyata keçirilib. Bunlardan birincisi kimi uğurlu neft siyasətini qeyd etmək olar. Ulu Öndərin Qırğızıstanla olan həssas münasibətlərini qeyd etmək istəyir, Heydər Əliyevin qırğız xalqının qəlbində daim yaşayacağını da bildirirəm".