“Biz sual etməliyik ki, gələn ağ dərililər bizə kömək edirlərmi, yoxsa bizim hüquqlarımızı əllərimizdənmi alırlar?”
“İki sahil” xəbər verir ki, bunu Yeni Kaledoniya Parlamentinin üzvü Mari-Lin Oudare Sakilia Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda keçirilən tədbirdə deyib.
Onun fikrincə, başa düşmək lazımdır ki, mübarizə niyə aparılır.
“Qadın həyat verən mənbə, bir bitkidir. Həyatın mənbəyi qadından gəlir. Qadınlıq bu gün təhlükə altındadır. 1958-ci ildən sonra qadınlar birləşə biliblər. Qadınların təşəbbüsü nəticəsində bəzi layihələr həyata keçirilib ki, bunlar da daha çox reabilitasiya ilə bağlı olub”.
O xatırladıb ki, 1970-ci illərdə “Gənc Kanaklar” vardı.
“Onlar bizim mübarizəmizi dəstəkləyiblər. Bu gün dəstəyin artmasına ehtiyac var. Qadınların cəmiyyətdəki rolundan danışarkən sözün prioritet olduğunu bilmək lazımdır. 2023-cu ildə də qadınların narahatlığı bitmir, artıq 50 ildir bu narahatlıq davam edir. Onlar cəmiyyətlə bağlı özlərinə sual verirlər, çünki normal bir sistem, münasibət yaratmaq istəyirlər. Qadınların neokolonial bir dövrdə inkişafı əhəmiyyətlidir. Qadınlar və kişilər arasında bərabərliyə nail olmaq əsas məqsəddir. Son dörd gündə elə bu mövzuda dörd tədbir keçirilib. Bizim sözlərimiz sanki buğda dənələridir, onların bir gün cücərəcəyinə ümidliyik. Biz qadınların sosial-iqtisadi və siyasi sahədə səlahiyyətləndirilmələrinin vacib olduğunu düşünürük”, - deyə o əlavə edib.
Tədbir iştirakçısı onu da qeyd edib ki, hazırda qanunvericilikdə müəyyən irəliləyişlər var, qadınlara şərait yaradılmağa çalışılır:
“Ölkədə son qanun 2023-cü ildə qəbul edilib və bu, cinsiyyətə əsaslanan cinayətlərin aradan qaldırılması ilə bağlıdır. Qanunda ailələrarası şiddətlə bağlı da bənd var. Bütün bu tədbirlər göstərir ki, dekolonizasiya prosesi getməkdədir. Ümidliyik ki, o tamamilə uğursuzluğa düçar olacaq”.
Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb
Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev