21 noyabr 2023 15:52
227

Fransanın müstəmləkə siyasətinə qarşı mübarizə bu günə qədər davam edir - Qvadelupa Qadınlar İttifaqının rəhbəri

“Qvadelupanın Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsi bu günə qədər davam edir”.

“İki sahil” xəbər verir ki, bunu Qvadelupa Qadınlar İttifaqının prezidenti Ketti Lombion noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda keçirilən konfransda deyib.

“Bizim birliyimiz qadınların və uşaqların hüquqlarını təmin etmək üçün yaradılıb. Biz hər cür ayrı-seçkiliyə qarşı mübarizə aparırıq", - o bildirib.

Onun sözlərinə görə, Qvadelupa xalqı ayrı-seçkiliyə görə dəfələrlə Fransa hökumətinə etiraz edib: "Biz tam dekolonizasiyaya nail olmalıyıq. Bu tədbir isə bu məsələyə töhfə verə bilər".