21 noyabr 2023 17:22
491

Bu ölkədə anomal istilər hökm sürür

Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür.

“İki sahil” xəbər verir ki, ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.

Məlumata görə, noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.

Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.