Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyətinə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildir.
Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib
Türkiyənin HAVELSAN şirkəti Ankara və Bakının müdafiə sahəsində əməkdaşlığına töhfə verir