16 may 2016 15:34
270

Ananas konservi ilə piroq

Tərkibi (4 pay): 

xəmir: 

2 yumurta
3 x.q. şəkər tozu
100 q kərə yağı
125 q içməli yoqurt 
4 x.q. un 
1,5 ç.q. qabartma tozu
1 limonun sedrası

əlavə: 

50 q kərə yağı
2 x.q. şəkər tozu
1 qaşıq limon şirəsi (karamel üçün)
ananas konservi 

Yumurtaları şəkər tozu ilə çalın. Yumşaldılmış yağ qatıb bir daha çalın. Yoqurt və limon sedrasını əlavə edib çalın. Qabartma tozu lə qarışdırılmış un əlavə edin. 

Karamel: tavada kərə yağı, şəkər tozu və limon şirəsini əridin. Kütlə tam əriyib eynicinsli olana və karamel rəngi alanadək qızdırın. 

Karameli formanın dibinə tökün. Kənarlarını isə yağlayın. Ananas dilimlərini içinə düzün. 

Xəmiri üzərinə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın. 

Sobadan çıxarıb 2 dəqiqə saxlayın. Sonra isə qaba tərs çevirin (2 dəqiqədən çox saxlasanız, karamel soyuyaraq qabın divarlarına yapışacaq və piroqu çıxarmaq istəyərkən onu parçalayıb xarab edəcək). 

Nuş olsun! 

Milli.Az