23 noyabr 2023 11:29
336

Türkiyə DİN idarə rəisi Bakıda səfərdədir

Türkiyə DİN Baş Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Şükrü Yaman və onu müşayiət edən nümayəndə heyəti Türkiyə səfiri Cahit Bağçı ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlik “X” platformasında yazıb.

Həmçinin əlavə olunub ki, 1-ci dərəcəli polis rəisi Mustafa Çakır və briqada generalı İlhan Şenin də iştirak etdiyi görüşdə Türkiyə və Azərbaycanın müvafiq qurumları arasında əməldaşlıqla bağlı fikir mübadiləsi aparılıb.