23 noyabr 2023 19:53
655

SOCAR-ın prezidenti Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

23 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev ilə görüşüb.

 

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda SOCAR ilə “KazMunayGaz” arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Cari ilin oktyabr ayında tərəflər arasında imzalanan yol xəritəsinin müxtəlif istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub. 

Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı, rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılır.