“Gürcüstan və Azərbaycan, eləcə də digər tərəfdaşlar Şərqlə Qərb arasında körpü rolunu oynayan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
"Azərbaycan Gürcüstanın çox mühüm iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 16% artıb", - İ.Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi region üçün çox vacibdir: "Gürcüstan yolların tikintisi və hava nəqliyyatının inkişafı layihələrinə sərmayə qoymaq üçün addımlar atıb".
Baş nazir, həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya regionu ilə tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır