SPECA ölkələrinin süni intellekt mərkəzinin yaradılmasını təklif edirik.
“İki sahil” xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.
O deyib ki, bu mərkəz Tacikistanda ola bilər.
Tacikistan Prezidenti çıxışında Azərbaycanın uğurlu sədrliyinə görə bu ölkəyə təşəkkür edib.
Prezident bildirib ki, növbəti il təşkilata sədrliyi Tacikistan edəcək.
Tacikistan Prezidenti çıxışında ölkəsində hidroenerji layihələrinin icrasının enerji bazarına töhfə verəcəyini qeyd edib.
O vurğulayıb ki, iqlim dəyişikliyi və onun nəticələri Mərkəzi Asiya ölkələrini də ciddi təhdid edir və bu xüsusilə də su ehtiyatlarında özünü göstərir.
Tacikistan Prezidenti çıxışında deyib ki, Azərbaycanın bu platformaya sədrliyi dövründə iki nailiyyət qeyd olunmalıdır: "Siz bu proqramın icrasını dövlət başçıları səviyyəsinə qaldırdınız və uzun zamandır ki, həll olunmayan etimad fondunun yaradılmasına nail oldunuz".
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır