Azərbaycanın sədrliyi dövründə SPECA-nın səviyyəsi yeni mərhələyə qalxıb. Bu, regionumuzu qlobal bağlantı mərkəzinə çevirib. BMT Baş Assambleyası bu proqramla bağlı qətnamən qəbul edib.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu proqram ticarət, rəqəmsallaşma, gender bərabərliyi, su ehtiyatları, kənd təssərüfatı, tranzit və logistika sahəsində əməkdaşlıq proqramlarını əhatə edir: “Proqram çərçivəsində bu sahələri əhatə edən 400-dən artıq layihə icra olunub. Mərkəzi Asiya ölkələri Gürcüstan, Azərbaycan, Macarıstanla birgə layihələr həyata keçirir, bu istiqamətdə tərəfdaşlıq mexanizmi yaradıb. Fürsətdən istifadə edib, tarixi ədalətin bərpasını və Azərbaycan torpaqlarının azad edilməsini təbrik edir və Azərbaycanın bu torpaqlarda gördüyü quruculuq işlərini alqışlayırıq".
Özbəkistan lideri deyib ki, dünya ciddi təhlükələrlə üzləşir, bu təhdid və təhlükələrin öhtəsindən gəlmək üçün regional əməkdaşlığın gücləndirlməsini istəyirik: “Bu proqramın iqtisadi əməkdaşlığa təkan verən daha fəal proqrama çevrilməlidir, biz işçi qrupların effektivliyini artırmalıyıq. Təklif edirik ki, BMT ilə birgə 2030-cu il üçün inkişaf konsepsiyası yaradılsın. Eyni zamanda, iqtisadi əməkdaşlıq üçün tədbirlər planı hazırlayaq, texniki tənzimləmələr üçün danışıqların aparılmasını təklif edirik. Yaradılacaq etimad fondunun vəsaitlərini rəqəmsallaşma, ağıllı kənd təsərrüfatı, tranzit və logistika sahələrinə ayıra bilərik. Həmçinin bu Fond beynəlxalq tərəfdaşlarla işləyərək layihələr üçün maliyyə resurslarını cəlb edə bilər. Özbəksitan bu fonda maliyyə dəstəyi verməyə hazırdır”.
Şavkat Mirziyoyev qeyd edib ki, növbəti ilin əvvəlində rəqəmsal tranzit və logistika ilə bağlı Özbəkistanda beynəlxalq konfrans keçiriləcək: “Bu sahədə SPECA ölkəri arasında əməkdaşkıq da müzakirə olunacaq. Ərzaq təhlükəsizliyinin təminatı məsələsi ilə bağlı da platforma çərçivəsində işçi qrupunun yaradılmasını təklif edirik. Biz aparcı kənd təsərrüfatı sənayeləri arasında əməkdaşlığı gücləndirməliyik. Dəyər zəncirləri və ekspres dəhlizlərin yaradılmasını da təklif edirik.
SPECA çoxtərəfli yaşıl strategiyanı qəbul edə bilər ki, bu da su mənbələri, enerji resursları, kənd təsərüfatı sahələrini əhatə edə bilər.
Su çatışmazlığı regionumuzda ciddi problemdir və BMT hesablamalarına görə, bunun səbəbindən regionumuz 1.2 milyard dollarlıq itki ilə üzləşir. Eyni zamanda, hesablamalara görə, adambaşına düşən su ehtiyatı gələcəkdə 25 faiz azalacaq kənd təsərrüfatı verimliliyi 40 faiz azalacaq”.
Özbəkistan Prezidenti deyib ki, bütün bunlar ciddi təhdidlərdir və region ölkələri bu istiqamətdə işləməlidir.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır