"BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sammiti ölkələr arasında əməkdaşlıq üçün vacib mərhələdir".
“İki sahil” xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xocamırat Geldimıradov deyib.
"Mərkəzi Asiyaya maraq ildən-ilə artır. Regionumuz sürətlə inkişaf edir. Burada təbii ehtiyatların olması və əlverişli coğrafi yerləşməsi ciddi investisiyalar üçün cəlbedicidir", - o bildirib.
X.Geldimıradovun sözlərinə görə, Türkmənistan son illərdə proqram ölkələri ilə ticarət əməkdaşlığını intensivləşdirib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır