24 noyabr 2023 16:27
257

Baş katib: Körfəz ölkələri Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırdır

“Körfəz ölkələri Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırdır”.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi deyib.

Onun sözlərinə görə, qlobal və regional çağırışlar kollektiv çoxtərəfli tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur və bu mənada SPECA-nın fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir: “İnanıram ki, Mərkəzi Asiya regionu və Azərbaycan ilə əməkdaşlığımız təkcə bizim üçün deyil, digər ölkələr üçün də faydalı olacaq”.