24 noyabr 2023 16:39
268

Qırğızıstan Prezidenti: Mərkəzi Asiyanın strateji əhəmiyyəti ildən-ilə artır

Mərkəzi Asiya regionunun strateji əhəmiyyəti qlobal dünya üçün ildən-ilə artır.

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

"Bu proqram regionumuzun iqtisadi cəhətdən gücləndirilməsinə, imkanlarımızın artmasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşmasına yardım edib.

Biz qonşu ölkələrlə əməkdaşlığın daha da şaxələnməsində geniş imkanlar görürük. Tranzit xətlərinin genişlənməsi bizim üçün prioritetlərdəndir", - o bildirib.

Qırğızıstan Prezidenti çıxışında iqlim dəyişikliyi məsələsinə də toxunub. O vurğulayıb ki, iqlim dəyişikliyi ölkənin su ehtiyatlarını, enerji resurslarını təhdid edir.