Noyabrın 23-də Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.
XİN-dən "İki sahil"ə verilən xəbərə görə, iclasda Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib.
Tərəflər 2013-cü ilin 29 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.
2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.
İclas zamanı, həmçinin, Azərbaycan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır