Alnınızda qırışlar varsa, bu, kardioloqa müraciət etmək üçün səbəb ola bilər. Fransız elm adamları alındakı dərin qırışların ürək xəstəliyindən ölüm riskinin təxminən 10 dəfə yüksək olduğu anlamına gəldiyini söyləyirlər. Onlar hesab edirlər ki, bu, aterosklerozun xarici əlamətidir və bu, yalnız xolesterol lövhələrinin meydana gəlməsinə deyil, həm də kollagenin istehsalının azalmasına səbəb olur.
Ürək xəstəliklərinin xarici əlamətlərlə müəyyən edilməsi doğrudurmu? "Ən vacibi haqqında" verilişində mütəxəssislər bu suala cavab veriblər.
Doktor Myasnikov ürək xəstəliyinin görünən əlamətləri ilə bağlı ən çox yayılmış inancları şərh edib. O, ilk olaraq, xəbərdarlıq edib ki, hər hansı bir xarici təzahür diaqnoz qoymaq üçün bir səbəb deyil!
Ksantomlar
Bir çox insanlarda dəridə, selikli qişalarda və yumşaq toxumalarda meydana gələn bu xoşxassəli lipid və yağ “topu” var. Ksantoması olan insanlar tez-tez yüksək xolesterola malikdirlər. Bu halda ürək xəstəlikləri haqqında daha az, qaraciyərin durğunluğu haqqında daha çox narahat olmaq lazımdır.
Üzdə daimi qızartı
Bu, hipertoniyanı göstərə bilər və ya sadəcə fərdi bir xüsusiyyət ola bilər. Bəzi insanlar qəzəb, qorxu və digər stress səbəbindən solğunlaşır, bəziləri isə qırmızı olur.
Mavi dırnaqlar
Bəzi daxili xəstəlikləri dırnaqlarla müəyyən etmək həqiqətən mümkündür, lakin bu, daha çox diabet, xərçəng və ağciyər xəstəliklərinə aiddir. Mavi və ağ dırnaqlar alkoqoliklərdə, qaraciyər xəstəlikləri olanlarda, bəzən ürək çatışmazlığı olan xroniki xəstələrdə olur. Ancaq barmaqlar "baraban çubuqları" kimi və ucunda dırnaqlar mavi rəngli və enlənmiş olarsa -bu, ürək patologiyalarının əmin bir əlamətidir.
Boyunda titrəmə
Bütün arıq insanların boyunlarında görünən pulsasiya var, bu, normaldır. Amma tez-tez ürək çatışmazlığı və perikardit olan xəstələrdə titrəmə baş verir. Mavi dodaqlar və boyun damarlarının şişməsi ürək xəstəliyinin çox əhəmiyyətli bir əlamətidir.
Ödemlər
Onlar müxtəlif təbiətli ola bilər, həmçinin ürək çatışmazlığından da xəbər verə bilər. "Ayaqlarınız şişirsə və ümumiyyətlə şişkinliyiniz idiopatik deyilsə, bu, uzun müddət davam edən ciddi bir sistem xəstəliyi - qaraciyər, ürək, böyrəklərdir və bu, artıq çox inkişaf etmiş bir haldır”,-deyə həkim Myasnikov xəbərdarlıq edib.
Sonda Aleksander Leonidoviç bir daha insanları özünə diaqnoz qoymamağa, vaxtında həkimə müraciət etməyə çağırıb.
Nubar Süleymanova, “İki sahil”