25 noyabr 2023 11:16
266

Türk dünyası memarlarının Şuşa simpoziumu işini panel müzakirələrlə davam etdirir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Türk dünyası memarlarının Şuşada simpoziumu” noyabrın 25-də işini panel müzakirələrlə davam etdirir.

“İki sahil” xəbər verir ki, simpoziumun ikinci günündə “Tarixi şəhər landşaftının qorunması və regenerasiya siyasətləri”, “Abidələrin mühafizəsi, bərpası və konservasiyası” mövzularında müzakirələr aparılacaq.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan 60-a yaxın memar iştirak edir.