Əli Kərimli AXCP-ni layiqincə təmsil edə bilmədi. Dəqiq desək yarıtmaz siyasəti, boş təkəbbürü, partiyadaxili avtoritar idarəetmə üsulu, intriqaları cəbhə daxilində parçalanma, kütləvi şəkildə istefa dalgası ilə nəticələnib.
Uzunmüddət müxalifətçiliyi, dövlətin, milli maraqlarımızın əleyhinə fəaliyyəti özünə sənət seçən Kərimli, bir zaman parlamentdə mandat arzusunun puça çıxması ilə “siyasi qazanc”ının tükəndiyini dərk edərək Qərbdəki havadarlarının-anti-Azərbaycan qüvvələrinin ətəyindən möhkəm yapışdır. Onlardan aldığı təlimatlara uyğun fəliyyətini davam etdirən Kərimli partiyadakı azsaylı tərəfdarlarını, əsas də sadəlövh gəncləri saxta vədlərlə aldadaraq, qanunsuz əməllərə sövq edir, onları heç acımadan güdaza verir. Onun intriqalarına aldanan gənclərin düçar oldugu ağır durum hesabına anti-milli dairələrdən aldığı qrantları rahatlıqla qəbul edən flyuger siyasətçi üçün heç bir dəyər yoxdur.
Onun partiya daxilində yaratdıgı qeyri-saglam mühit, ikitirəlik,qruplaşma halları sonda ciddi parçalanmaya səbəb oldu. Artıq gənclər Əli Kərimlinin əsil simasını açıq-aydın görür, şəxsi mənfəəti üçün ən yaxın silahdaşlarını belə qurban verən bu siyasi möhtəkirin yanında qalmagın nə qədər təhlükəli olması ilə yanaşı,utandırıcı oldugunu duyaraq ayrılmaga qərar verirlər. İsetaf verənlərdən biri olan Pərvin Hüseyinlinin timsalında bu gəncləri qınamaq düzgün olmazdı. Bir vaxtlar çürük, utopist “fəlsəfəsi”, yalan vədləri ilə bu cür gənclərin beynini “yeyən” siyasi möhtəkir, bu gün sərbəst qərar haqqını ifadə edən gəncləri öz trol dəstəsinin vasitəsilə sosial şəbəkələrdə təhqir etdirir, alçatdırır, hətta,gizlin şəkildə onlara ismaric göndərib hədə qorxu gəlir, şantaj edir. Budur Əli Kərimlinin “demokratik” münasibəti…
Artıq "Kərimli cəbhəsi" çökür. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək üçün tələb olunan kvota sayını belə güc-bəla təqdim edən "baş cəbhəçi" çətin və çıxılmaz durumdadır. Bütün ümidləri puç olan Əli Kərimli yenidən xaricdəki havadarlarına üz tutub imdad diləyir. Partiyadan isə ayrılma, istefa dalgası pik həddə çatıb.
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır