Media sahəsində şəffaf maliyyələşmə vacib şərtdir. İstənilən media qurumunun fəaliyyəti qanunvericiliyə uyun olmalıdır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Təşkilat sədri qeyd edib ki, Abzas Media" rəhbərliyinin qeyri qanuni yolla maliyyə vəsaitlərini əldə etməsi və vəsait ilə davamlı olaraq müxtəlif fəaliyyətləri həyata keçirməsi sözsüz ki, araşdırmalıdır. Hesab edirəm hüquq-mühafizə orqanları da bunu yerinə yetirir. Media sahəsində çalışan qurumların şəffaf maliyyələşməsi vacib şərtdir. Hesab edirəm ki, hər media subyekti özünün maliyyə mənbələri haqqında açıq məlumatlar verməlidir.
“Abzas Media”nın hazırda hansı statusla fəaliyyəti də sual doğurur. Əgər onlar öz səhifələrində qeyd etdikləri kimi xəbər platformasıdırlarsa, ölkə qanunvericiliyinə görə müvafiq qeydiyyatdan keçməli idilər. Verilən ilkin məlumatlardan aydın olur ki, "Abzas Media"nın maliyyələşməsində xarici ölkələrdəki bankomatlardan nağdlaşdırılaraq Azərbaycan ötürülən maliyyə vəsaitləri də var. Bu məqam çox ciddi məslədir. Biz hər zaman şəffaf maliyyələşmənin tərəfdarı olaraq çıxış edirik. Hər bir dövlət haqlı olaraq bu tip məsələlərin ölkənin təhlükəsizliyinə real təhdid hesab edir.”
Yaqut Ağaşahqızı, “İki sahil”
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır