"Ağdərə rayonunun yenidən yaradılması tarixi nailiyyətdir. Bu gün müzakirə edilən layihələr regionların sosial-iqtisadi inkişafına, idaəretmənin təkmilləşdirilməsinə, insanların yaxşı şəraitdə məskunlaşmasına xidmətdir".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev noyabrın 27-də parlamentin Regional məsələlər komitəsinin iclasında "Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Kəlbəcərin 137 kəndi var və işğaldan əvvəl bəzilərində çox az sayda ailə yaşayıb: “Bu gün Azərbaycanda yaşayış məskənləri çoxdur. Ona görə də kəndlərin birləşdirilməsi yaxşı addımdır. Muzeylər, məktəblər və obyektlər olacaq. İnsanlar da bunların ətrafında yaşayacaqlar. Azad edilən ərazilərdə kəndlər viran qoyulub. Prezident İlham Əliyevin dövlət büdcəsindən ayırdığı vəsaitlə həmin ərazilər yenidən bərpa olunacaq”.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır