Qəhrəman Tərtər rayonu I Qarabağ müharibəsi dövründə düşmənə bir qarış belə torpaq verməyib. Ona görə cənab Prezident Tərtərdən danışarkən “qəhrəman Tərtər” ifadəsini səsləndirir”.
“İki sahil” xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasında deputat Sahib Alıyev deyib.
Deputat sosial şəbəkələrdə Tərtərin ərazisinin Ağdərəyə verilməsi ilə bağlı fikirlərə münasibət bildirib: “Tərtər əmanətə xəyanət etmir. Bu torpaqlar Ağdərə rayonu ləğv ediləndə Tərtərə verilmişdi, indi də geri qaytarılır”.
Sahib Alıyev şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı məsələni də qaldırıb: “Tərtərdən olan şəhid valideynləri övladlarının adının küçələrə, məktəblərə verilməsini istəyir. Biz bu məsələni qaldırmalıyıq”.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır