İran-Azərbaycan münasibətləri yaxşı istiqamətdədir.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.
“Azərbaycanla münasibətlər xoşbəxtlikdən yaxşı istiqamətdədir. İran və Azərbaycan arasında siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq və dialoq irəliləyir və inkişaf edir. Bu, qənaətbəxşdir.
Biz bu əməkdaşlıqların ümumi maraqlar çərçivəsində davam edəcəyinə ümid edirik. Bu iradə hər iki tərəfdə mövcuddur”, - XİN sözçüsü vurğulayıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır