“Essekibo ərazisi Venesuela üçün böyük əhəmiyyət kəsb edir, onun ölkəyə daxil olması ərazi bütövlüyümüzün bərpası deməkdir”.
“İki sahil” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran deyib.
“Bugünkü görüşümüzün məqsədi Azərbaycan KİV-ləri vasitəsilə həqiqəti söyləmək və Essekibo ərazisinin Venesuela üçün əhəmiyyətini vurğulamaqdır. Dekabrın 3-də keçiriləcək referendumun məqsədi Venesuelanın mübahisəli Qayana-Essekibo ərazisi üzərində hüquqlarını qorumaqdır. Bu referendum sayəsində biz bu ərazi ətrafında yaranmış mübahisəni demokratik yolla, əhalinin səsləri ilə həll etməyə çalışacağıq”, - o bildirib.
Səfir qeyd edib ki, bu torpaqlar əvvəlcə Venesuelaya məxsus olub, mövcud vəziyyət ölkənin tarixi ərazi bütövlüyünü pozur.
Qeyd edək ki, Venesuela və Qayana arasındakı Essekibo ərazisi üzərində münaqişə uzun illərdir ki, davam edir. Burada 283 min nəfər yaşayır. Ərazidə neft ehtiyatları aşkar edilib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır