Çində yaşayan ailənin 31 barmaqlı oğlan övladı dünyaya göz açıb. Heyrətə gələn valideynlər, uşağın ana bətnində olduğu zaman bu cür inkişaf edə biləcəyini heç ağıllarına belə gətirmirdilər. Honnon adlı 3 aylıq uşağın əl barmaqları 15, ayaq barmaqları isə 16-dır. Bundan başqa, hər əlində iki baş barmaqsız ovuc var. Uşağın valideynləri bu cür qeyri-təbii əllərin düzəldilməsinin yollarını axtarırlar. Lakin həkimlər belə bir vəziyyətə əməliyyatın həyata keçirilməsinin çox çətin olduğunu bildirirlər.
Polidaktiliya xəstəliyi zamanı dünyaya gələn uşaqlarda ya ayaq, ya da əl barmaqlarının sayı artıq olur. Bu xəstəlik nadir görünən xəstəliklərdən hesab olunur.
Belə ki, Honhonun anası da bu xəstəlikdən əziyyət çəkir, onun əl və ayaqlarında sayı normadan artıq barmaqlar mövcuddur. Buna görə narahatçılıq keçirən ana bir neçə klinikalarda USM-dən keçib. Nəticədə isə uşaqda heç bir narahatçılığın olmadığı söylənilib.
Lakin uşaq dünyaya göz açdıqdan sonra valideynləri övladlarında polidaktiliya xəstəliyinin daha ağır forması olduğunu görüblər.
Yerli xəstəxananın baş həkimi Lyu Hon əməliyyatın çox ağır keçəcəyini söyləyib. Uşaq hələ çox kiçik olduğuna görə, bu cür əməliyyat riskli hesab olunur. Əməliyyat yalnız yaş yarımından bir yaşına qədər, uşağın sümüklərinin tam formalaşmasından sonra keçirilə bilər.
Könül Əliyeva