"Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik".
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.
O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.
Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: "Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır