İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-İsrail müharibəsi nəticəsində girov götürülən israillilərin fotolarını yerləşdirib.
“İki sahil” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritsky "X" hesabında yazıb.
"Səfirliyimizin divarları hekayə danışır. Biz hər bir uşaq və böyüklərin qəddar əsirlikdən qurtulmasından məmnunuq, lakin çoxları hələ də Qəzzadadır. HƏMAS yaraqlıları günahsız insanları qətlə yetirir və qaçırır", - diplomat bildirib.
Qeyd edək ki, HƏMAS-ın girov götürdüyü şəxslərdən azad edilənlər olduqda səfirlik onların fotolarını divardan yığışdırmır, üzərilərinə azad edilmələri barədə məlumatları əlavə edir.
The walls of our embassy tell the story. We're happy with every child and adult returning from brutal captivity, but so many are still in #Gaza . #HamasTerrorists are those who murdered and kidnapped the innocents.#BringThemAllHomeNow pic.twitter.com/nstANDRyr7
— Yoav Bistritsky (@YoavBistritsky) November 27, 2023
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır