27 noyabr 2023 18:00
273

Yaşar Güler: “Qarabağ əbədiyyətə qədər Azərbaycanın ərazisi olaraq qalacaq

“Qarabağ dünyanın sonuna qədər Azərbaycanın ərazisi olaraq qalacaq”.

“İki sahil” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Güler azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

Yaşar Güler Zakir Həsənovu Azərbaycanın 8 Noyabr - Qələbə Günü münasibətilə bir daha təbrik edərək, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş şəhid və qaziləri rəhmətlə yad etdiyini vurğulayıb.