Yalan və riyakarlıq üzərində qurulan siyasət gec-tez iflasa uğramalıdır. AXCP-də son günlər baş verənlər bunun bariz nümunəsidir. Nə qədər boş fərziyələr, cəfəngiyat danışmaq olar? Siyasi partiyalar haqqında qanun qüvvəyə minəndən sonra çevrəsinin daraldığını bilən Əli Kərimli beş min imzanın toplamaq çətinliyini anladığından təşviş içindəydi. Çünki yetərli sosial bazası olmayan və cəmiyyətdə heç bir nüfuza malik olmayan AXCP üçün bu qədər imza toplamaq çox ağır idi. Bu məqamda boş vədlər, ənənəvi yalvarışlar işə düşdü. Populist çıxışları ilə ətrafına zorla bir neçə adam toplayıb 5000 imzanı ədliyyə nazirliyinə çətinliklədə olsa təqdim edə bildi. Amma AXCP-də ki, son qopmalar Əli Kərimlinin və partiyasının gələcəkdə təhlükəyə düşməsini qaçılmaz edir. Ətrafındakıların əksəriyyətinin satqın və ikiüzlü mövqeni qəbul etməməsi, nəticədə istefalar dalğasının yaranmasına səbəb olur və partiyanın bağlanacağını labüd edir. Təəccüblü də odur ki, bir siyasi partiyanı idarə edə bilməyən və öz həmfikirləri arasında etimadsızlıq, inamsızlıq yaratmış bu siyasət dəllalı hələ də hakimiyyət eşqiylə yaşayır.
AXCP də Əli Kərimlinin yaratdığı avtoritar rejimin partiyadaxili qarşdurma həddinə çatması və təhqirlərlə söyüşlərlə müşahidə olunan qopmaların baş verməsi əslində ilk hal deyil. Demokratiyanı alət kimi istifadə edən Əli Kərimli əslində bu dəyərləri aşağılayan, müştəbeh və diktatordu. Məhz təsadüfi deyil ki, AXCP-də tez-tez istefa verənlər səbəb kimi bunu sədrin lovğalığı və təkəbbürü ilə əlaqələndirirlər. Bu isə eyni səbəbdən baş verən istefaların davamlı olacağını şəksiz edir. Belə getsə, AXCP -nin mövcudluğu sual altına düşəcək. Əlbətdəki bu mütləq baş verəcək. Özünə hörmətlə yanaşan, milli düşüncəli şəxsin antimilli ünsürün yanında nə işi?
Mübaliğəsiz demək olar ki, xalqımız xarici və daxili prosessləri düzgün qiymətləndirərək, hadisələrə real yanaşır, siyasi hoqqabazlara isə yerini göstərir. Bu gün çox azlıqda qalan, ambisiyaları yerə-göyə sığmayan, Əli Kərimli kimilərin meydanı daha da daralır və necə deyərlər siyasi süqutun sonu yaxınlaşır. Bunu qaçılmaz edən isə ölkəmizdə və regionda dəyişən reallıqlar, siyasi baxışların yeni məzmunda formalaşmasıdır. Artıq müasir Azərbaycan köhnə təfəkkürdən, mənfi streotiplərdən, populizmdən uzaq bir cəmiyyətə doğru gedir. Cəmiyyətin özü güzgüdür və hansı ideologiyanın milli mənafeyə, sosial rifaha, qanunçuluğa, dövlətçiliyə, müasirliyə, varisliyə söykəndiyini yaxşı görür.
Vüsar İsmayılov,
YAP Binəqədi rayon təşkilatının sədri
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır