18 may 2016 14:44
211

303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2906-2897 metr intervaldan sutkalıq 75 ton neft və 80 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündə 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.