Türkiyə Azərbaycanla Ermənistan arasında davam edən müzakirələrin sülh sazişi ilə nəticələnməsini arzu edir.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Ermənistanın destruktiv addımlardan əl çəkdiyi təqdirdə, "3+3" əməkdaşlıq formatı bölgədə sülh üçün böyük töhfə verəcək.
“Minsk Qrupu 30 il ərzində nəticəyönümlü diplomatiyanı işə salmayaraq, haqsız status-kvonun mövcudluğunu qorumaqdan başqa heç bir şey etmədi. Nəticə etibarıilə, Azərbaycan Qarabağ savaşı ilə öz torpaqlarına qovuşdu. Türkiyə asanlaşdırıcı rolunu Azərbaycanla, cənab Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir. Xüsusi təmsilçilərin də danışıqlara qatqısı var ki, bu da “gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücləri bu məsləyə qatmayaq” prinsipinə əsaslanır”, - deyə o vurğulayıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır