Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunda “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri keçirilib.
“İki sahil” xəbər verir ki, panel müzakirələrində Özbəkistan Respublikasının Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek Nişonoviç, Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Pərdayev Azamat
Kenzhaboeviç, “Yüksəliş” Milli Hərəkatının sədri Bekmurodov Bobur Mansuroviç, Qadın və Qızlar Birliyinin sədri Mirodilova Nəsibə Kodladı, Özbəkistan Könüllülər Birliyinin rəhbəri Abidova Şirin Rəhimjanovna, Özbəkistan Əlillər Cəmiyyətinin rəhbəri Abdullayev Kamil Kadamoviç fəaliyyət sahələrinə dair təqdimatlar ediblər.
Panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.
Panelin moderatoru Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov olub.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır