Gürcüstan Müdafiə Nazirliyi Cuanşer Burçuladzenin Bakıda azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşünə dair məlumat yayıb.
“İki sahil” xəbər verir ki, nazirliyin məlumatında bildirilib ki, tərəflər regionun qarşısında duran vəzifələri müzakirə ediblər.
Vurğulanıb ki, Cuanşer Burçuladze ölkəsinin “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində Azərbaycan və Ermənistan arasında dialoqa və etimadın möhkəmləndirilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan hərbçilərinin Gürcüstanda keçirilməsi planlaşdırılan beynəlxalq təlim və kurslarda fəal iştirakı qeyd edilib.
Əlavə olunub ki, görüş zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın, həmçinin ölkələrin və regionun inkişafına töhfə verəcək strateji səviyyəli görüşlərin mövcud dinamikasının saxlanılmasının vacibliyi qeyd olunub.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır