27 noyabr 2023 22:15
378

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Həmçinin, qeyd edilib ki, bütün sahələrdə insan sağlamlığının qorunması üçün maarifləndirmə işləri aparılıb. Mövcud vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, Dəniz və Liman Agentliyi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.