Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları, Sosial məsələlər və davamlı inkişaf, Mədəniyyət, təhsil və elm komitələrinin 30 noyabr - 14 dekabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.
Bu barədə "İki sahil"ə Milli Məclisdən məlumat verilib.
Komitə iclaslarında Avropa Şurasının İnsan hüquqları üzrə komissarının seçkiləri, Ölüm hökmünün ləğvi üzrə məruzəçinin təyin olunması, Assambleyanın işində gənclərin rolunun gücləndirilməsi, Mədəni irs və iqlim dəyişiklikləri, Müharibə və sülh zamanı mədəni kimliyin silinməsinin qarşısının alınması, Avropada uşaqlara qarşı zorakılıq, Gələcək nəsillər üçün insan haqlarının müdafiəsi, İtkin düşmüş miqrantlar, qaçqınlar və sığınacaq axtaranlar kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.
Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər, qeyd və təkliflərini səsləndirəcəklər.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır