"Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində 370 min kvadratmetr döyüş sahəsini, 60 min kvadratmetr mina sahəsini qadın minatəmizləyənlər təmizləyib".
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadın minatəmizləyən Aytən İsmayılova deyib.
Digər qadın minatəmizləyən Babayeva Sehran Şükür qızı isə minatəmizləmə zamanı keçirdikləri hisslərdən söz açıb:
"Mən məcburi köçkün olduğum üçün işğal zamanı törədilən bütün hadisələrin şahidi olmuşam. Ona görə də qətiyyən qorxu hissi yoxdur. O faciəli həyatı yaşadığımız üçün qorxu hissi bizə yaddır", - o vurğulayıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır