28 noyabr 2023 15:00
172

Ukraynalı qapıçıdan "Real"da uğurlu göstərici

“Real”ın qapıçısı Andrey Lunin etibarlı oyunu ilə diqqət çəkir.

“İki sahil” xəbər verir ki, ukraynalı futbolçu komandanın 3-cü qapıçısıdır. Tibo Kurtua və Kepa Arrizabalaqa zədəli olduğu üçün baş məşqçi Karlo Ançelotti Luninə şans verir. O isə inamlı oyunu ilə La Liqada mövsümün rekordunu qırıb.

24 yaşlı qolkiper son olaraq La Liqanın 14-cü turunda “Kadis”lə oyunda (0:3) qapısını toxunulmaz saxlayıb. O, bu qarşılaşmada 4 seyv edib. Ümumilikdə isə Lunin bu mövsüm 17 zərbədən 15-ni dəf edib ki, bu da 88 faiz deməkdir. Bu, cari mövsümdə La Liqada qapıçılar arasında rekord göstəricidir.

Bu göstəricidə 2-ci yerdə “Real”ın digər qolkiperi Kepa Arrizabalaqa qərarlaşıb. Onun aktivində 76,7 faizlik dəqiq seyv var. Kepa 30 zərbədən 24-nü dəf edib. Üçüncü yerdə “Real Sosyedad”ın qapıçısı Aleks Remiro qərarlaşıb - 76,2 faiz (63 zərbədən 47-ni dəf edib).