28 noyabr 2023 15:24
142

Xaricdə təhsil sənədinin tanınması ilə bağlı müraciətlərin sayı açıqlanıb

Noyabrın 22-nə qədər xaricdə təhsil sənədinin tanınması ilə bağlı 6 270 müraciət daxil olub.

“İki sahil” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, müraciətlərin 5215-ə, yəni 83 faizinə müsbət, 1055-nə (27 faiz) isə mənfi cavab verilib.

"Qeyri-formal və formal təhsilin tanınmasına gəlincə, bu il ərazində 8 yeni ixtisasın tanınması həyata keçirilib və 108 vətəndaşa 6 diplom və 191 sertifikat verilib. İl sonuna qədər vətəndaş sayının 160-a çatdırılması nəzərdə tutulub".