"Barselona"nın futbolçusu Qavi bu gün diz çarpaz bağlarından əməliyyat olunub.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, İspaniya millisinin heyətində zədələnən yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.
O, mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Təxminən 8 ay komandasına kömək edə bilməyəcək futbolçunun yeni mövsümün əvvəlində sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, 19 yaşlı futbolçu Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı matçda zədələnmişdi.